Dogru.Tv > Araşdırma > Azərbaycan dövlətinə, onun başçısına xəyanət edən qruplaşmalar məhv edilməlidir

Azərbaycan dövlətinə, onun başçısına xəyanət edən qruplaşmalar məhv edilməlidir


Tarix: 11-05-2017, 10:38. Müəllif: Qarabaqinfo

 
“Mən vətənini, Prezidentini həddindən artıq sevən bir partiya sədri kimi deyə bilərəm ki, təcili olaraq içimizdə olan o xəyanətkarların əlləri kəsilməlidir.

Azərbaycan dövlətinə, onun başçısına xəyanət edən qruplaşmalar məhv edilməlidir. Bunlar nə qədər ki, məhv edilməyəcək, əlləri bir o qədər çox uzanacaq hərbi hissələrə, polis orqanlarına. Gördünüz də, keçmiş MTN-in Azərbaycana vurduğu zərbəni bu 20 ildə hələ heç kəs vurmamışdı. Ona görə də, bu məsələnin arxasında duran xüsusi qüvvələr var. Bu qüvvələr ortaya çıxandan sonra kimlər o hərbçiləri öyrədib hamısı üzə çıxacaq”.

Mən ürək ağrısı keçirirəm ki, Azərbaycan ordusunda belə bir hadisə baş verdi. Doğrudur, bizim ordumuz güclü ordudur. Zakir Həsənov ordunun rəhbərliyinə gələndən sonra çox böyük işlər görüb. Amma çox təəssüflər olsun ki, ermənilərə işləyən, ermənilərlə qohum olan insanlar hələ də var imiş”..----Hafiz Haciyev səyfəsinə istinadən.

Qarabaq.info
Geri Qayıt