Dogru.Tv > Araşdırma > Xəritəyə düşmüş qan ləkəsi

Xəritəyə düşmüş qan ləkəsi


Tarix: 18-04-2017, 10:59. Müəllif: Qarabaqinfo

Xəritəyə düşmüş qan ləkəsi...


Azərbaycan qırğınları


1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi olan Cavad qəzası indiki Salyan, Saatlı, Sabirabad, İmişli, Cəlilabad rayonlarının ərazilərini əhatə edirdi.


Cavad qəzasının kəndlərində azərbaycanlı qırğınları 1918-ci ilin mart ayından iyul ayının ortalarınadək davam etmişdir. 1918-ci ilin aprel ayında qəzanın inzibati mərkəzi olan Salyan şəhərində Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti qurulduqdan sonra, əsasən yerli və əsgər ermənilərdən, habelə rus və molokan kəndlərinin sakinlərindən ibarət silahlı hərbi hissələr bir neçə ay ərzində qəzanın demək olar ki, bütün müsəlman kəndlərinimühasirə və terror şəraitində saxlamışlar.


Bu vəziyyət bir neçə ay, 1918-ci ilin iyul ayında Azərbaycan torpaqları birləşmiş Azərbaycan-Türk qoşunları-Qafqaz İslam Ordusu tərəfindən, tam surətdə isə 1919-cu ilin yazında Cavad qəzasının ərazisi Azərbaycan ordusu tərəfindən tam azad edilənədək davam etmişdir.


Fövqəladə Təhqiqat Komisssiyası Cavad qəzasında işlədiyi zaman qəzanın müsəlman kəndlərinin bir hissəsinə rus əhalisi və ermənilər nəzarət edirdi. Məhz bu səbəbdən Komissiya tərəfindən bu qəzanın qırğına məruz qalmış bütün kəndlərinin tam siyahısını tərtib etmək, müvafiq material toplamaq, qətlə yetirilənlərin dəqiq sayını və ümumilikdə Cavad qəzasının müsəlman əhalisinə vurulmuş zərərin miqdarını müəyyən etmək mümkün olmamışdır.

Bununla belə, Komissiya erməni-bolşevik hücumlarına məruz qalmış 30-a yaxın müsəlman kəndinin adını müəyyən etmiş, sənədlərdə belə kəndlərin sayının onlarla olduğunu vurğulamışdır.


Komissiyanın istintaq sənədlərindən məlum olur ki, ayrı-ayrı kəndlərin sakinlərinin erməni dəstələrinin basqınları dəf etmək və müdafiəolunmaq cəhdləri qüvvələrin qeyri bərabərliyi səbəbindən uğursuzluqla nəticələnmişdir. Kəndlərə hücumlar zamanı yalnız Kür çayındakı bərəyə çatan və o biri sahilinə keçə bilən sakinlər labüd olümdən qaçmağa müvəffəq olmuşlar. Ermənilər öz kəndlərini tərk etməyə macal tapmayan, habelə çayın sıldırım sahillərində və ya çöllərdə gizlənən sakinləri təqib edir, tapır və qadın, uşaq, qocalara rəhm etmədən hamını qətlə yetirirdilər. Qətllər xüsusi qəddarlıq və amansızlıqla müşayiət olunurdu: insanları süngülərlə deşir, xəncərlə doğrayır, başlarını və bədənlərini parça-parça kəsir, diri-diri yandırır, qadınları və azyaşlı qızları atalarının, ər və qardaşlarının gözü qarşısında zorlayırdılar. Müsəlman kəndlərinin çoxu tamamilə və ya qismən yandırılır, müsəlmanlara məxsus bütün daçınan əmlak və mal-qara dağıdılır və qarət edilirdi. Talanlara məruz qalmış bütün kəndlərdə məscidlər bütün əmlakı ilə birlikdə yandırılmış və qarət edilmişdi.


 Ermənilər, ələ keçirdikləri müsəlman kəndlərində qalaraq, sakinlərə öz evlərinə qayıtmağa imkan vermirdilər. On minlərlə müsəlman əhalisi çöllərdə dolaşır, yarğanlarda yaşayır, digər qəzaların talana məruz qalmamış müsəlman kəndlərində sığınacaq axtarırdılar. Qaçqınlar arasında soyuqdan, aclıqdan, qorxudan, xəstəlikdən və əzabdan ölənlərin sayı ermənilər tərəfindən qətlə yetirilənlərin sayından dəfələrlə çox idi. Ayrı-ayrı müsəlman kəndlərinin sakinlərinə biçin vaxtı doğma yurdlarına qayıtmağa və taxılı yığmağa icazə verilmişdi. Lakin, yığılmış bütün məhsul, habelə mal-qara və kənd təsərrüfatı alətləri sonradan ermənilər tərəfindən zəbt edilmiş, kəndlilərin özləri isə qətlə yetirilmişdir. Yalnız az saylı sakinlər müxtəlif yollarla kənddən qaçaraq xilas olmuşdu. 


Erməni qoşunları bəzi kəndlərin sağ qalmış sakinlərini özlərinə xidmət etmək üçün əsir saxlayırdı.


“Azərbaycan” qəzeti, 1918-ci il


Arzu Rrəhimov



   

Qarabaq.info
Geri Qayıt