Dogru.Tv > İqtisadiyyat > SOCAR İzmirdə kömür elektrik stansiyasının tikintisindən imtina edib
SOCAR İzmirdə kömür elektrik stansiyasının tikintisindən imtina edibTarix: 31-10-2016, 17:07. Müəllif: Qarabaqinfo |
SOCAR Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində kömür elektrik stansiyasının tikintisindən imtina edib. Qarabaq.info "APA-Economics" xəbər verir ki, bu barədə Kömür Yanacağı Əleyhidarları Təşəbbüsü bəyanat yayıb.
SOCAR tərəfindən tikintisi planlaşdırılan 672 meqavat gücündə olan stansiya dövlət neft şirkətinin Aliağa qəsəbəsindəki neft-emal zavodunun enerji ehtiyacını ödəməli idi. Lakin "Greenpeace Akdeniz", "Bankwatch" və "Banktrack" kimi təşkilatların müdaxiləsindən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihənin maliyyələşdirilməsini dayandırıb.
"Türkiyənin vətəndaş cəmiyyəti may ayında Aliağa qəsəbəsində keçirdiyi aksiyada "Kömürdən qurtul!" mesajını verib. Bizim müdaxiləmizdən sonra SOCAR-ın layihəsinə maliyyə dəstəyi verən 7 kredit təşkilatı maliyyələşdirməni dayandırdıqları barədə bizə rəsmi məlumat verdilər. SOCAR-ın verdiyi bu qərar bizim zəfərimizdir və nə qədər haqlı olduğumuzu isbat etdi", - deyə təşkilatın bəyanatında qeyd edilib.
Ətraf Mühit və Mədəniyyət Platformasının rəhbəri Bahadır Öztürk isə bildirib ki, Türkiyə ərazisində tikilməsi planlaşdırılan 70-dən çox kömür istilik stansiyalarının reallaşdırılmasına qarşı mübarizə aparılacaq: "Ətraf mühitə böyük zərər vuran kömür layihələrinin reallaşdırılmasına icazə verməyəcəyik".
"Bankwatch"un rəsmisi İoana Ciuta isə deyib ki, SOCAR verilə biləcək ən düzgün qərarı verib. apa. Geri Qayıt |