Dogru.Tv > İqtisadiyyat > Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb
Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıbTarix: 6-10-2016, 20:16. Müəllif: Qarabaqinfo |
Azərbaycan prezidentiİlham Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb.
Qarabaq.info APA-nın məlumatına görə, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər. Geri Qayıt |