Dogru.Tv > İqtisadiyyat > Əmanətlərin Sığortalanması Fondu AMB-dən götürdüyü kreditin birinci tranşını qaytarmaq üzrədir

Əmanətlərin Sığortalanması Fondu AMB-dən götürdüyü kreditin birinci tranşını qaytarmaq üzrədir


Tarix: 4-10-2016, 13:00. Müəllif: Qarabaqinfo

 

Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan götürdüyü kreditin birinci tranşını artıq qaytarmaq üzrədir. 

Qarabaq.info "APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, bu tranş üzrə ayrılan 22 mln. manatın qaytarılması prosesi fevral ayında tamamlanacaq. "Bu kredit 5% dərəcəsi ilə götürülmüşdü. Hər ay 4 milyon manata yaxın kredit qaytarmışıq. İkinci tranş 100 mln. manat idi, 4 il müddətinə 7% dərəcəsi ilə ayrılmışdı", - deyə A. Cavadov qeyd edib.



Geri Qayıt