Dogru.Tv > İqtisadiyyat > Ötən il kərə yağı və digər məhsulların idxal əməliyyatları üzrə 31,8 milyon dollarlıq mal qeydiyyata almayıb.
Ötən il kərə yağı və digər məhsulların idxal əməliyyatları üzrə 31,8 milyon dollarlıq mal qeydiyyata almayıb.Tarix: 8-11-2017, 10:40. Müəllif: Qarabaqinfo |
Rəsmi məlumatlara görə, ölkəyə 1 kq Yeni Zellandiya yağı 5 manat 34 qəpiyə ixdal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər. Son günlərin əsas mövzularından olan ölkəyə kərə yağının idxalının tənzimlənməsi sahəsində görülən işləri nəzərə alaraq, bu sahədə apardığım araşdırmanın əhəmiyyətli olan 3 əsas nəticəsini sizə təqdim edirəm. 1) Əvvala qeyd edim ki, Azərbaycana idxal olunan kərə yağı malların nomenklaturası üzrə 0405 kodu ilə "Kərə yağı və digər süddən hazırlanmış yağlar; südlü pastaları" adı altında təsnif olunur. Bu təsnifat 04 saylı "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları" mal nomenklatirasının alt kodu sayılır. Dövlət Gömrük Komitəsi (DGK) 2 rəqəmli kodlar üzrə mal idxalına və ixracına dair məlumatları açıqladığına görə, mən də ilk növbədə 04 kodu üzrə idxal əməliyyatlarında əsasən qeydiyyatın tam aparılmaması və gömrük dəyəri bazar qiymətindən aşağı rəsmiləşdirilməsi səbəbindən yaranan fərqi aşkara çıxarmağa çalışdım. Uncom trade məlumat bazasında olan real göstəricilərlə Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarının qarşılıqlı üzləşdirilməsi nəticəsində məlum oldu ki, 2016-cı ildə Azərbaycana 04 kodu altında 124 milyon 955 min 355 dollarlıq məhsul idxal olunmasına baxmayaraq onun 93 milyon 176 min 910 dolları və ya 74,5 faizi qeydiyyata düşüb. Yəni 31 milyon 778 min 445 dollarlıq "Süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsulları" kodu altında idxal olunan mallarda qeydiyyat fərqi var. DGK ən çox idxal olunan mallar hesatında 2016-cı ilin dekabr ayı üzrə statistik göstəriciləri açıqlamadığına görə, anoloji müqayisəni kərə yağl üzrə ayrca aparmaq mümkün olmur. 2) Araşdırmadan məlum olur ki, Azərbaycana kərə yağı əlavə olunan cədvəldə əks etdirilən 15 ölkədən idxal olunur. Onlar arasında Yeni Zellandiya, Almaniya, Belarus, Finlandiya və Fransadadan daha çox kərə yağı gətirilir. Azərbaycana gələn kərə yağının miqdarca 85 faizi Yeni Zellandiyanın, yerdə qalan 15 faizi isə 14 ölkənin payına düşür. Azərbaycana ən ucuz yağ Estoniyadan (1 kq qiyməti - 2,62 dollar), ən bahalı yağ isə Lüksemburqdan (1 kq qiyməti 10,18 dollar) idxal olunur. Yeni Zellandiya yağının 1 kq-nın idxal qiyməti 3 dollar 14 sent, hazırkı məzənnə ilə 5 manat 33 qəpik təşkil edir. Statistik xətaları korrektə etmək üçün cədvəldəki ən yüksək qiyməti və ən aşağı qiyməti kənarlaşdırıb, orta qiyməti hesablayarkən məlum olur ki, ölkəyə 1 kq kərə yağı orta hesabla 4 dollara və ya 6 manat 80 qəpiyə idxal olunur. Hətta ən aşağı və ən yuxarı qiymətləri kənarlaşdırmayanda belə 1 kq kərə yağının idxal qiyməti 4,32 dollara və ya 7 manat 34 qəpikdən baha olmur. 3) DGK 1 kq kərə yağının orta hesabla 5,2 dollara və ya 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisi (ƏDV) də həmin qiymətə daxil edib. Gəlin onu da hesablayaq. Metodoloji yanaşmaya görə, gömrük dəyərinin üzərinə rüsum əlavə olunandan sonra ona 18 faiz idxala görə ƏDV hesablanır. Belə olan halda 3,14 dollar və ya 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zellandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpiyə bərabər olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zellandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır.
Ekspert Qubad İbadoğlu.Qarabaq.info Geri Qayıt |