Dogru.Tv > İqtisadiyyat > Banklar vergidən yayınmanın qarşısını almaq üçün bəzi əməliyyatları məhdudlaşdırıb
Banklar vergidən yayınmanın qarşısını almaq üçün bəzi əməliyyatları məhdudlaşdırıbTarix: 27-03-2017, 13:29. Müəllif: Qarabaqinfo |
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 17-də axşam saatlarında ölkədə fəaliyyət göstərən banklara məktub göndərib. Qarabaq.info Bu barədə "APA-Economics"ə bank sektorundakı mənbələr xəbər verib.
Bildirilir ki, AMB banklara internet bankinq vasitəsi ilə hüquqi şəxslərin fiziki şəxslərə köçürmə əməliyyatlarını məhdudlaşdırmağı tapşırıb. "Hüquqi şəxslərdən nağdılaşdırma zamanı 1%-lik vergi tutulur. Beləliklə, hüquqi şəxslər fiziki şəxslərin (sahibkar olmayan - red.) hesabına köçümə edərək vergidən yayına bilir. Mərkəzi Bankın bu addımı məhz vergidən yayınmanın qarşısını almağa hesablanıb", - deyə həmsöhbətimiz qeyd edib. Geri Qayıt |