Dogru.Tv > İqtisadiyyat > Daha bir bankir "AccessBank"ın rəhbərliyindən gedib
Daha bir bankir "AccessBank"ın rəhbərliyindən gedibTarix: 9-03-2017, 11:52. Müəllif: Qarabaqinfo |
"AccessBank" QSC-nin rəhbərliyində daha bir dəyişiklik olub. "APA-Economics" bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, bankın Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bankı tərk edib.
Onun yerinə hələlik heç bir təyinat yoxdur.
Bankdan məsələyə münasibət bildirilməyib.
K.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, "Maliyyə və kredit" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "İqtisadiyyatda riyazi və instrumental üsullar" ixtisası üzrə aspiranturada təhsil alıb.
"AccessBank"ın nizamnamə kapitalı 85 mln. manat təşkil edir. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur. Bunlar Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), "Kreditanstalt für Wiederaufbau" ("KfW", 20%), "Access Microfinance Holding AG" (16,53%), "LFS Financial Systems GmbH" (3,47%). Geri Qayıt |